21 Ağustos 2015 Cuma

Ətraf mühit və enerjini qorumaq üçün 50 məsləhət

                 Dəyərli oxucular, bu gün "yaşıl evlər" haqqında internetdə araşdırma aparanda-əslində, bu haqda yazacaqdım- qarşıma maraqlı məqalə çıxdı. Bu məsləhətlər blogun növbəti sayında eko-evlər haqqında yazacağım postun təməl prinsipi olduğundan anlaşılması rahat olsun deyə bu məlumatı ayrıca paylaşmaq qərarına gəldim.
Stephanie Borst tərəfindən yazılmış 50 məsləhəti tərcümə etmişəm sadəcə:

1) Ehtiyacınız olmadığı təqdirdə işıqları söndürün  və enerjiyə qənaət edən lampoçkalardan istifadə edin.
2) Hər hansı bir elektrik cihazını yanınızda saxlamayın
3) Batareyaları və daşına bilən cihazları şarj etmək üçün günəş enerjisi ilə işləyən şarjerlərdən istifadə edin
4) Yalnız istifadə etdiyiniz otağı isidin və qapıları bağlı saxlayın
5) Bir qat, yəni nazik geyinin, mümkün qədər tempraturu aşağıda saxlayın.
6) Su termostatının dərəcəsini ifrat həddə qaldırmayın, 60°C/140°F çimmək və yuma işləri üçün münasibdir
7) Qapı və pəncərələrdə sıxaclardan istifadə edin
8) Məkub qutunuzu keçə ilə örtün
9) Pişiklərin girişi üçün qapıların aşağı hissəsində nəzərdə tutulan keçidləri keçə ilə örtün
10) Qışda qalın pərdələr asın və onları yaxın çəkin, lakin əmin olmaq lazımdır ki, onlar radiator və ya termostatın üzərinə düşmür.

11) Cəmi ikicə dəqiqə nəfəslik və qapını açıq saxlamaqla otağı havalandırın ki, içəri çoxlu təmiz hava daxil olsun- pəncərəni açıq qoyub getməyin
12) Çardaq və divarları izoliyasiya edin
13) Radiatorlarınıza termostat yerləşdirin
14) Daha effektli və təkmilləşdirilmiş qazan modellərindən istifadə edin
15) İki və ya üç qat şüşəli pəncərələr quraşdırın və yadınızda saxlayın ki, taxta çərçivəli pəncərələr UPVC alternativlərinə nisbətən daha uxun ömürlü olurlar
16) Qazanda yeməyi bişirəndə qapağını örtün
17) Qazanın ölçüsünə uyğun ocaq yandırın, çoxdusa, azaldın
18) Düdüklü təzyiq qazanlarından istifadə edin
19) Əgər makaron bişirirsinizsə çoxlu miqdarda suyu qaynatmağa ehtiyac yoxdu
20) Çaydanınızda sizə lazım olan miqdarda su qızdırın

21) Eko-çaydanlardan istifadə edin
22) Enerjiyə qənaət edən sobalardan istifadə edin
23) Qabyuyan maşınların içinə lazımi qədərdə qab qoyun və onu aşağı temperaturda işlədin
24) Artıq miqdarda yuyucu toz və vasitələrdən istifadə etməyin
25) İqtisadi cəhətdən qənaətli və ekoloji təmiz məhsullardan istifadə edin
26) Təbii rəngli su əsaslı boyalardan istifadə edin
27) Soyuducu və dondurucuları lazımi soyuqluq dərəcəsində saxlayın ki, uzun müddət effektli istifadə etmək olsun
28) Əgər siz camaşır qurutma maşınından istifadə etmək istəyirsinizsə, onu elə yerə qoyun ki, buraxılan istilik dövr etsin, məsələn; hamam otağını isitmək, üzərində nəm və çirkli ləkələr olan paltar və ya qablara bunu tətbiq edəriksə
29) Qaz və elektrik istehlakına nəzarət edin
30) Az elektrik işlədən əmtəələrdən istifadə edin

31) Damlarınıza günəş panelləri yerləşdirin
32) Ərazinizdə mümkün bütün materialları yenidən emal edin
33) Yenidən emal edilmiş əmtəələr alın, məsələn; mebel, ikinci əl əşyaları
34) Hələ də yaxşı vəziyyətdə qalan əşyaları yenidən istifadə edin, məsələn: sədəqə dükanlarından götürməklə
35) Plastik tullantıları azaldın( sandviç üçün paketləşdirilmiş kağızlardan və ya yenidən istifadəsi mümkün olan qutulardan istifadə edin, plastik şüşələri yenidən doldurun)
36) Artıq dərəcədə paketləşdirilmiş əmtəələri almaqdan çəkinin
37) Sizin istifadənizə çatana qədər uzun yol qət eləmiş əmtəələri almaqdan yayının( ancaq fermerlərin bazarındakı dükanlar və yerli istehsal)
38) Duş və əl üçün qablaşdırılmış gellərdən istifadə əvəzinə köhnə, yaxşı sabunlardan istifadə edin
39) İri qablarda alın (məsələn: süd)
40) Mümkünsə, kran suyu için, bunu sınamağa dəyər

41) Qısa səfərlərə maşınınızdan istifadə etməyin, velosiped götürün ya da piyada
42) Getməyə hazır olanadək mühərriki sönülü saxlayın
43) Təkərlərin hava təzyiqini nizamlı şəkildə yoxlayın
44) Palçıqlı və çuxurlu yerlərdən sürməyin
45) Maşınınızın altından yağ və benzinin axıb-axmadığını yoxlayın
46) Benzin istehlakına nəzarət edin
47) Səyahətinizi elə planlaşdırın ki, yol tıxacı və insanların işə gedib-qayıtma vaxtı ilə üst-üstə düşməsin, yolunuzu qısaldın
48) Qaza və əyləcə yüksək tezliklə basmaqdan çəkinməklə təmiz sürün, avtomat ötürücü mexanizmə keçin
49) Müntəzəm olaraq arabanızı texniki baxışdan keçirdin
50) Nəqliyyatda həmişə alternativ yollardan istifadə edin
        
             Bu qaydaları hər birimiz bilməliyik. Ümid edirəm bəyəmdiz. Gələn dəfə isə çalışacam ki, eko-evlər haqqında olacaq yazıda sizlərə evdə enerjinin miqdarına necə nəzarət etmək olar, öz enerjimizi necə istehsal edə bilərik, yenidən emal və təkrar istifadə necə baş verir, Azərbaycan bazarında bu evlərə tələbat nə yerdədir tipli sualların cavabını özündə ehtiva edən maraqlı bir post yazım...

Hiç yorum yok:

Yorum Gönder