19 Ağustos 2015 Çarşamba

İlk blogum-"Damokles qılıncı"

             Dəyərli oxucular, bu, mənim ilk blogumdur. Adını niyə məhz "Damokles qılıncı" qoydum?! Bu sualın cavabı, əslində, mənim blog yazmaq məqsədimi izah edir...
              "Damokles qılıncı" ifadəsinin tarixi m.ə. 4-cü yüzilliyə dayanır. Yunan əfsanəsinə görə Sirakuza ( İtaliyada Siciliya adasının sahillərini İonik dənizinin yuduğu cənub-şərq bölgəsi) adlanan kaloniyanın kralı Dionysios (kralın adı mənim araşdırmama görə Yunan mifalogiyasında adı çəkilən şərab tanrısı Dionisin adından götürülüb. "Dios"-Zevs, "Nysa"-gənc Dionisin yaradıldığı və Zevs tərəfindən vəzifələndirildiyi yer) və onun yaxın və sadiq dostu Damokles adlı bir gəncin söhbətləri həmişə bir mövzuda aralarında ziddiyyətə səbəb olurdu. Belə ki, Damokles həmişə söhbətlərində onun yüksək mövqedə olmasını xüsusilə vurğulayaraq onun heyatının ancaq xoşbəxtlik, əyləncə, rahatlıq və qorxusuzluqdan ibarət olduğunu və taxt-tacın onun həyatında yüksək əhəmiyyət kəsb etdiyini Dionysiosa istehza ilə deyirdi. Bir gün bu söhbətlərdən bezən Dionysios əziz dostuna taxt-tacı, səltənəti, krallığı idarə etməyin onun dediyi kimi rahat olmadığını, əksinə ağır məsuliyyət tələb elədiyini göstərmək üçün ona dərsverici bir üsul fikirləşib tapır. Diosynisos öz krallığındakı insanlara ziyafət üçün hazırlanmağı əmr edir. Belə ki, o, əziz dostunu bir günlük öz taxt-tacı ilə şərəfləndirmək istəyir. Damokles dostunun bu comərdliyindən çox sevinir və kralın təklifini qəbul edir.Bir günlük taxt-tac, krallıq onun olacaqdı və bunun üçün ziyafət təşkil olunmuşdu, bundan gözəl nə ola bilərdi axı?! Və budur; kralın və saray əhlinin yığışdığı o gün gəlib çatdı. Damokles əynində kral ailəsinə mənsub dəbdəbəli geyimdə taxta doğru yol alır, ancaq Dionysiosun ona hazırladığı əsl "hədiyyə"dən xəbərsiz idi. Damokles özünü əsl kral kimi hiss edərək taxta əyləşmişdi ki, birdən başının üzərində tavandan asılmış və nazik at tükünə bağlanmış ağır bir qılıncın düz onun başına tuşlandığını gördü. Damokles bu vəziyyətdən çox narahat idi, hətta bütün həzz və əyləncəli təsəvvür elədiyi o anı yaşaya bilmirdi, birdən taxt-tacı unutmuşdu, çünki tük hər an qopa və qılınc ox kimi onun bədəninə sancıla bilərdi. Damoklesin narahatçılığını görən Dionysios:" Bax indi gör ki, kral taxtında oturmaq ən azı bu qədər təhlükəli və məsuliyyətlidir,-dedi-mən ən azı sənin qədər narahatam və sənin
dediyin kimi qorxusuz və xoşbəxt deyiləm,-dedi- ümid edirəm, bu sənə yaxşı dərs oldu".
         Günümüzdə bu ifadə daha çox siyasətçilər tərəfindən işlədilir və yüksək mövqelərə yönəlmiş təhdid mənasındadır. Yəni "yüksək mövqeyin varsa, məsuliyyətin də çoxdur" anlamını xatırladan təhdidləri özündə ehtiva edir bu ifadə.
          Tutduğumuz mövqedən asılı olmayaraq məsuliyyətli olmalıyıq.Tutduğumuz mövqenin ən böyük məsuliyyəti isə öyrənmək və araşdırmaqdır.Bilgili olmalısan ki, tutğun mövqedən cəmiyyətə faydan dəysin. Həyat özün üçün yaşamaq deyil, həyat kimin və nəyin naminə yaşamaqdır. Həyatda nə istədiyini bilməlisən, yoxsa bir sürü istəmədiklərinin arasında məhv olub gedəcəksən. İstədiyini bilmək üçün özünü kəşf et, öyrən!


Hiç yorum yok:

Yorum Gönder